Kənan Aynişanla barışdığını açıqladı: “İnstagram"dan çıxarmaq ürəyindən çıxarmaq deyil” - FOTO

22:00 16-08-2020 554

Ayrıldıqları deyilən Aynişan Quliyeva və Kənan Əliyev cütlüyü barışıb.

Belə ki, Kənan “İnstagram” hesabında günlərdir barələrində danışılan məsələyə aydınlıq gətirib:

“Əziz dostlar, fanatlar, tanıdıqlarım, tanımadıqlarım. Günlərdir bu barədə yazılır, danışılır. Amma biz heç birimiz hadisənin bu qədər şişməsini, bu dərəcəyə gəlməsini istəməzdik. Ən azı, buna səbəb olacaq xüsusi nəsə etməmişik. Əlbəttə ki, hər ailədə kiçik söz-söhbətlər, xırda incikliklər olur. Bəzən belə hallar tərəflərin daha sonrakı birgəliklərinə təsir edir. Hər şərdə bir xeyir var məsəli kimi əslində bizim bu boyda şişirdiləcək bir problemimiz yox idi”. 

Statusdan anlaşılır ki, cütlüyün arasında həqiqətən də problem yaşanıb: 

“Bu məsələni bəzi insanlar bu qədər böyüdüb, daha sonra bizi ittiham etməyə başladılar. Biz də insanıq, gəncik, emosiyalarımız, çılğınlığımız var. Guya heç bir ailədə tərəflər arasında inciklik, anlaşılmazlıq olmayıb? Bu günə qədər “İnstagram”dan və “Whatsapp”dan bir-birini silən olmayıb? Bizim də buna bir haqqımız çatmırmı? Bir-birimizə ictimai hörmətsizlikmi etdik? Ünvanımıza xoşagəlməz sözlərmi işlətdik? Bu ssenari bizim yox, sizin əl işiniz idi. İcazə verin, əslində dağılmamış həyatımıza qaldığımız yerdən davam edək. “İnstagram”dan və telefon yaddaşından çıxarmaq, ürəyindən, çıxarmaq deyil”.