ABŞ-da güllə əvəzinə tibbi maska atan “silah” düzəltdilər - VİDEO

04:00 19-08-2020 600

Amerikalı “YouTube” bloqeri Allen Pen maska “güllələyən” pnevmatik silah hazırlayıb.

“Meduza” xəbər verir ki, cihaz təkcə maskanı üzə vurmur, həm də onu dörd iplə bağlayır.

Pen cihazı özündə və maniken üzərində test edib.

O, yeni “silah”ı insanlar üzərində tətbiq etmək üçün Kaliforniyanın cənubundakı Hantinqton-Biç şəhərinə gedib. Pen əmin idi ki, bu şəhərin sakinləri demək olar, maska taxmırlar.

Yutuber orada yoldan keçənləri təcrübəsində iştirak etmək üçün dilə tutub.