Britni Spirs atasından məhkəməyə şikayət etdi

07:40 20-08-2020 545

Dünyaca məşhur ifaçı Britni Spirs atasının himayəsindən çıxmaq tələbi ilə məhkəməyə müraciət edib.

Bu barədə “The Independent” nəşri məlumat yayıb.

Xatırladaq ki, B.Spirs 2008-ci ildən bəri atasının himayəsindədir. Məhkəmə ağır əsəb pozğunluğu keçirən müğənnini valideyninin himayəsinə vermək barədə hökm çıxarıb.

B. Spirsin pərəstişkarları isə müğənnin atasının himayəsindən azad edilməsini və sərbəst yaşamaq hüququnun qaytarılmasını tələb edir.

#FreeBritney haştaqı ilə başladılan kampaniyaya müğənninin minlərlə pərəstişkarı dəstək verib.