Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib

05:20 24-08-2020 594

Amerikalı məşhur müğənni Teylor Svift koronavirus pandemiyası səbəbilə maddi çətinlik çəkən pərəstişkarlarına ümumilikdə 5 milyon dollar (8,5 milyon manat) məbləğində yardım edib.

“HaberGlobal” məlumat verir ki, Svift növbəti dəfə “GoFoundMe” yardım səhifəsinə müraciət edən 18 yaşlı Viktoriya Mario adlı qızın təhsil xərclərini ödəyib. 

Bildirilir ki, 23 min funt sterlinq (50 min 600 manat) məbləğə ehtiyacı olan gənc qız eyni zamanda, müğənninin pərəstişkarı olub.

Teylor Svift Viktoriyaya yazdığı məktubda qızın müraciətinin təsadüfən qarşısına çıxdığını, onun hekayəsindən təsirləndiyini və qızın xəyallarını gerçəkləşdirməsinə köməklik göstərmək istədiyini qeyd edib.