Məşhur bloqer 19 yaşında vəfat etdi

01:40 26-08-2020 830

Məşhur bloqer Lendon Klifford 19 yaşında vəfat edib. 

Lendon həyat yoldaşı Kamrinlə birlikdə "YouTube"da populyar olan  "Cam&Fam" adlı kanalı idarə edirdi. 

Bloqerin ölüm xəbərini həyat yoldaşı "İnstagram"da bildirib.  Kliffordun xanımı qeyd edib ki, o, həyatının son altı gününü komada keçirib. 

Klifford öləndən sonra orqan donoru olub.