Məşhur aktrisa “dəbli xanımların qarderobu”nun sirrini açıqladı - FOTO

06:20 29-08-2020 641

Məşhur amerikalı aktrisa Eşli Benson özünü dəbli sayan hər bir xanımın qarberobunun üç vacib geyimi barədə fikirlərini bölüşüb.

Bu barədə “Page Six” xəbər yayıb.

Jurnalistlər ulduzdan dəbli görünmək üçün şkafda hansı geyimin lazım olduğunu soruşublar.

Cazibədar aktrisa da “Levi`s” brendindən vintaj cinsin, dəri gödəkçə və keyfiyyətli ağ maykanın vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu dəstin “uniseks” olması daha ideal variantdır.

E.Benson həmçinin hər bir xanım üçün aksesuarların da lazımlılığını vurğulayıb.