İrina Şeyk uzun müddətdən bəri ilk dəfə paparassinin obyektivinə düşdü - FOTO

23:40 02-09-2020 680

34 yaşlı supermodel İrina Şeyk (Şeyxlislamova) uzun müddətdən bəri ilk dəfə paparassilərin obyektivinə düşüb. Cazibədar model Nyu-York parkında qızı Leya ilə birlikdə gəzərkən görüntülənib.

İrina Şeyk Ukraynanın TTSWTRS brendindən olan geyimdə olub.

Fotoları “Daily Mail” yayımlayıb.

Sosial şəbəkə izləyiciləri super modelin xarici görünüşünü yüksək qiymətləndiriblər.

“Çox gözəldir”, “İrinanın çox gözəl siması var”, “O, başından dırnaqlarının ucuna qədər inanılmaz heyranedicidir, balaca qızı isə gözəldir”, “Kobud ayaqqıbılarsız o çox cazibədar görünür” kimi şərhlərlə istifadəçilər fotolarla bağlı öz fikirlərini bölüşüblər.