Mətanət İsgəndərli iş adamına ərə gedən keçmiş modelin Bodrumdakı villasında - VİDEO

18:00 05-09-2020 594

Sosial şəbəkələrdə bahalı geyimləri ilə gündəmdən düşməyən keçmiş model Diana Əhədpur bu dəfə Bodrumdakı partisi ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, əcnəbi iş adamı ilə ailəli olan Diana istirahətini Bodrumdakı villasında keçirib. Bu günlərdə isə o, dostlarını evinə yığaraq parti təşkil edib.

Diana partiyə Bakıdan Əməkdar artist Mətanət İsgəndərlini çağırıb. Gecədə müğənni qonaqlar üçün mahnılar oxuyub.

Qeyd edək ki, Diana bir vaxtlar model kimi fəaliyyət göstərirdi. O, əcnəbi iş adamı ilə ailə qurduqdan sonra Birləşmiş Ərəb Əmirliklərinə köçüb.