Azərbaycanda koronavirusa yoluxmuş, hazırda komada olan müğənni üçün onlayn petisiya hazırlandı

00:20 07-09-2020 630

Tanınmış müğənni Toğrul Həbibi koronavirusa yoluxub.

Bu barədə onun dostları “Facebook” sosial şəbəkəsində paylaşım ediblər.

Bildirilib ki, hazırda 1 saylı Klinik Mərkəzdə koma vəziyyətində olan musiqiçinin vəziyyəti ağırdır. Onun ağ ciyərlərinin 90%-i fəaliyyətini dayandırıb.

Bununla əlaqədar petisiya yaradan Həbibinin yaxınları dostlarına qarşı xüsusi diqqət və onun EKMO aparatına qoşulmasını xahiş ediblər.