Ronaldu subaylıqla vidalaşır: Corcinaya evlilik təklif etdi

02:40 08-09-2020 500

“Yuventus”un futbolçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigesə evlilik təklif edib.

“El Mundo” xəbər verir ki, o, Corcina da 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.

Bildirilib ki, təklif Corcinanın dostları ilə görüşmək üçün təşkil etdiyi ziyafət zamanı edilib.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar, ancaq bu mərasimin də vaxtı təyin edilməyib.

Qeyd edək ki, 2010-2015-ci illərdə Rusiyalı model İrina Şaykla görüşən, daha sonra ondan ayrılan və Corcina ilə yaşayan K.Ronaldunun 4 uşağı var.

C.Rodriges futbolçunun Alana Martina adlı qızının anasıdır.