Prezident Yaşar Əliyevi təltif etdi - SƏRƏNCAM

17:00 08-09-2020 507

Prezident İlham Əliyev Yaşar Ədilxan oğlu Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Y.Əliyev Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə təltif edilib.