Heyvanları xüsusi amansızlıqla qətlə yetirən cani ələ keçdi - FOTO

09:00 09-09-2020 433

Fransanın Dijona şəhərində polis atları xüsusi amansızlıqla qətlə yetirən kişini həbs edib.

Bu barədə “BBC News” xəbər yayıb.

Məlumata görə, o, Yonne şəhərində at tövlələrinin sahibinin ifadəsi əsasında hazırlanan fotorobotun köməyi ilə tapılıb. Fermer iki hücumçudan birinin üzünü görmüş və heyvanları müdafiə etmək istəyərkən yaralanmışdı.

Təkcə bir neçə həftə ərzində qatil və əlbir olduğu şəxs 30 atı qəddarlıqla öldürüb. Hücum fevral ayından bəri başlayıb. Onlar heyvanın qanını çəkir, bir çoxlarının qulaqlarını, cinsiyyət orqanlarını kəsir, gözlərini çıxardırdı.

Cinayətkarların (hətta mütəşəkkil dəstənin) motivi məlum deyil.

Polis onların fəaliyyətinin satanizmlə əlaqəli ola biləcəyini düşünür. Belə ki, cinayətkarlar heyvan orqanlarından cadu məqsədi ilə istifadə edə bilərdilər.