“Qarabağ”ın potensial rəqiblərinin oyununda APOEL sevindi

01:54 24-07-2019 633

Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

HerGun.Az xəbər verir ki, ilk oyunlar çərçivəsində beş görüş baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri Monteneqroda üz-üzə gəliblər.

APOEL səfərdə “Sutyeska”ya qalib gəlib – 1:0.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.