“Qarabağ” çətin səfər oyununda

09:36 24-07-2019 624

Bu gün UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

HerGun.Az xəbər verir ki, oyun saat 22:45-də “Oriel Park”da baş tutacaq.

Matçın baş hakimi Bartoş Frankovski, onun köməkçiləri Marçin Boniek, Yakub Vinkler, dördüncü hakim isə Daniel Stefanskidir. Hakimlər briqadası Polşadandır.

İrlandiyada “Dundalk”la qarşılaşacaq təmsilçimizin oyunu “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.

Cavab matçı iyulun 31-i saat 21:00-da “Dalğa Arena”da keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk mərhələdə Albaniyanın “Partizani” klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0.