Fırtına nəticəsində timsahlar sahillərə çıxdı - VİDEO

06:40 19-09-2020 359

ABŞ-ın Alabama ştatında davam edən “Salli” tropik qasırğası nəticəsində sahilyanı ərazilərdə çox sayda timsah peyda olub.

“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, sakinlər yırtıcı heyvanları mobil telefonları ilə çəkərək sosial şəbəklərdə ictimailəşdirib, əhalini diqqətli olmağa dəvət ediblər.

“Salli” tropik qasırğası xüsusən Alabama ştatında ciddi fəsadlar törədib, daşqınlar nəticəsində magistral yolları və körpüləri su yuyub, yaşayış evləri yararsız hala düşüb.