84 yaşlı qadından qorxan ayı qaçdı

07:00 19-09-2020 404

Rusiyanın Yakutiya vilayətində yaşlı qadın ayını qorxudaraq qovub.

Bu barədə “SakhaDay” xəbər yayıb.

84 yaşlı Anna İvanovna Dyaçkovskaya giləmeyvə yığarkən qarşısına ayı çıxıb.

Keçmiş ovçu bu zaman nə özünü itirib, nə də qaçıb. O, qəzet yandırıb, ayı nərə çəkdikcə, o da nərə çəkib, bağırdıqca, qadın da bağıraraq ayını qorxudub. Bundan sonra ayı həmin yerdən uzaqlaşıb.

Qadın hadisə ilə bağlı stres keçirdiyindən jurnalistlərə ətraflı məlumat verə bilməyib.