Məktəblərin akkreditasiyasına görə rüsumlar təsdiqləndi

17:45 24-07-2019 563

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat verir.

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilir:

“Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-1.1. məktəbəqədər təhsil müəssisələri

2000 manat

32-1.2. ümumi təhsil müəssisələri

5000 manat

32-1.3. məktəbdənkənar təhsil müəssisələri

5000 manat

32-1.4. peşə təhsili müəssisələri

10000 manat

32-1.5. orta ixtisas təhsili müəssisələri

12000 manat

32-1.6. ali təhsil müəssisələri

20000 manat

32-1.7. əlavə təhsil müəssisələri

12000 manat

32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr

12000 manat

Bundan başqa, “Təhsil haqqında” qanuna əlavə edilən 14.17-1-ci maddəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.