Avropanın ən sürətli gənc üzgüçüləri - FOTOREPORTAJ

20:09 24-07-2019 1025

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində üzgüçülük yarışları davam edir.

Təmsilçilərimiz də bu idman növündə mübarizə aparırlar.

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 2 dəqiqə 2,63 saniyə nəticə göstərərək final mərhələsinə adlayıb.

Digər idmançımız Məryəm Şeyxəlizadəxangah isə üzgüçülük yarışlarının yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstərərək növbəti mərhələyə adlayan 16 idmançı siyahısında yer alıb.

HerGun.Az Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarından fotoreportajı təqdim edir: