“Keşlə” Hollandiyada çıxış edən azərbaycanlını transfer etdi
16:09 19-06-2019 574
“Keşlə” futbol klubu Hollandiyanın “NEC Nijmegen” klubunda çıxış edən azərbaycanlı futbolçunu transfer edib.
Klubdan HerGun.Az-a verilən məlumata görə, Ziya Əzizov ilə müqavilə 1+1 şərti ilə bağlanıb.
Xatırladaq ki, yarımmüdafəçi mövqeyində çıxış edən Ziya Əzizov U-21 milli komandamızın da üzvüdür.