Qırğızıstan diasporunun sədrini öldürməkdə şübhəli bilinənlərdən biri azərbaycanlıdır

22:36 24-07-2019 39

Rusiyanın Yekatrinburq şəhərində öldürülən Qırğızıstan diasporunun sədri Qamçıbəy Kərimovun qətlində şübhəli bilinən üç nəfər saxlanılıb.

“Arqumneti i faktı” xəbər verir ki, şübhəlilər Yekatrinburqda və Çelyabinskdə tutulublar.

Onların şəxsiyyəti haqqında ətraflı məlumat olmasa da, aralarından birinin Gürcüstan vətəndaşı azərbaycanlı olduğu açıqlanıb.

Tutulan şəxslərin ələ keçirilməsində mərhumun oğlunun böyük rolu olduğu bildirilib.

Qeyd edək ki, iyulun ikisində Yekatrinburqda evindən çıxarkən güllələnən Qamçıbəy Kərimov hadisə yerində ölmüş, qatillər onun yanındakı külli miqdarda pulu alaraq qaçmışdılar.