İrandan İsrailin “nüvə silahı” iddiasına reaksiya

12:00 01-10-2020 482

İran İsrailin Baş naziri Binyamin Netanyahunun “Tehran rəhbərliyinin bir neçə ayda iki nüvə silahı üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olacağı” iddiasına reaksiya verib.

“Anadolu” agentliyi xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Netanyahunun iddiasını tənqid edib.

Onun sözlərinə görə, Netahyahu İsrail rəhbərlərinin beynəlxalq məhkəmələrdə mühakimə olunmalarının qarşısını almaq üçün dünya ictimaiyyətini aldatmağa çalışır:

“Netanyahu BMT tribunasından istifadə edərək, yalanlarına davam edir”.