Ukraynalı deputat özünü güllələyib, yoxsa?

16:54 19-06-2019 1202

Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın “Xalq cəbhəsi” fraksiyasından olan deputatı Dmitri Tımçukun ölümü xəbərini təsdiqləyib.

Bu barədə Gazeta.ru məlumat verir.

Nazirliyin mətbuat katibi Artyom Şevçenko, deputatın həyat yoldaşının ərinin ölümü barədə polisə müraciət etdiyini söyləyib.

“Dmitri Tımçukun həyat yoldaşı polisə müraciət edərək ərinin meyitini tapdığını, meyitin baş nahiyəsində iki güllə yarası olduğunu bildirib”, - deyə A.Şevçenko vurğulayıb.

Bundan əvvəl D.Tımçukun özünə məxsus odlu silahı təmizləyərkən ehtiyatsız davranışdan öldüyü bildirilirdi.