Benksi “məhəlləni əyən” yeni qəhrəmanını təqdim edib – FOTO/VİDEO

08:00 12-12-2020 594

Anonim rəssam Benksi yeni əl işi ilə böyük maraq yaradıb. Bu dəfə onun yeni qəhrəmanı bərk asqıran nənə olub.

“Belta”nın məlumatına görə, müəllif yeni qraffitisini özünün “Instagram” hesabından paylaşıb.

“Aachoo!!” (“Həpçi!”) adlanan sənət əsəri Bristolda şəhərin ən sərt yoxuşlarından birinin olduğu küçədə çəkilib. Təsvirdə bərk asqırmağı nəticəsində əlindən çantası və əsası düşən yaşlı qadın əks olunub. Şəklə baxanda sanki qadının asqırmağı ilə bütöv bir məhəllənin “əyildiyi” təəssüratı yaranır.

Yeni qraffiti müdafiə üçün şəffaf sipərlə örtülüb.