“Baharın on yeddi anı”nın aktyoru vəfat etdi

14:40 12-12-2020 582

Rusiyalı teatr və kino aktyoru, rejissor, şair və yazıçı Valentin Qaft 12 dekabrda 85 yaşında vəfat edib.

Bu barədə TASS-a mərhumun həyat yoldaşı Olqa Ostroumova məlumat verib.

“Bəli, o, aramızdan getdi”, - deyə o bildirib.

V. Qaft 2 sentyabr 1935-ci ildə Moskvada anadan olub. 1969-cu ildən “Sovremennik” teatrının truppasında çalışıb, aktiv filmlərdə rol alıb.

Aktyor “Baharın on yeddi anı”, "Salam, mən sizin xalanızam!” kimi məşhur filmlərdəki rolları ilə xatırlanır.