Kanadalı məşhur modelyer 57 qadına qarşı cinsi təcavüz ittihamı ilə həbs olunub

05:00 17-12-2020 509

Kanadalı məşhur modelyer və milyarder Piter Nyuqord 57 qadına qarşı cinsi təcavüz ittihamı ilə həbs olunub.

Bu barədə “Life Shot” “ Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, o, təcavüz, şantaj və insan alverində şübhəli bilinib.

İstintaqa görə, Nyuqord ortaqları ilə birlikdə kasıb ailədən çıxan və model olmaq istəyən qızları seçib, onları qorxudub, narkotik aludəçisinə çevirib, özü və ya digərlərilə cinsi əlaqəyə girməyə məcbur edib.

Nyuqordun qurbanları arasında 14 yaşlı qızların da olduğu iddia edilir.

Modelyer təxminən 1995-ci ildən bəri seks-bizneslə məşğul olub.

Nüfuzlu milyarder qurbanlarını həbs və məhkəmə iddiaları ilə susdurub.

Nyuqord ittihamları qəbul etmir.