Tom Kruz əvvəllər kraliça II Elizabetə məxsus olan binanı icarəyə götürüb

06:20 19-12-2020 447

Hollivud aktyoru Tom Kruz Londonda dəbdəbəli “Corinthia” hotelində əvvəllər kraliça II Elizabetə məxsus olan ikimərtəbəli penthausu icarəyə götürüb.

Bu barədə “The Sun” xəbər yayıb.

Aktyor “Mission: Impossible - 7” filminin çəkilişi müddətində burada qalacaq.

Məlumata görə, burada bir ay qalmaq üçün Kruz 335 min funt sterlinq (773 min manata yaxın) ödəyib.

O da bildirilir ki, penthausda dörd yataq otağı, üç qonaq otağı, dörd hamam otağı və teras var.