“Instagram” ulduzu anoreksiyadan öldü - FOTO

07:00 20-12-2020 532

Almaniyalı məşhur bloger Yosi Mariya Kanar adalarında məzuniyyət zamanı vəfat edib.

Bu barədə “20min” xəbər yayıb.

24 yaşlı qızın ölüm səbəbi anoreksiyadır. O, bir neçə il idi ki, bu xəstəlikdən əziyyət çəkirdi.

Ölümündən bir neçə gün əvvəl qız anoreksiyaya məğlub olan 10 faiz insanın siyahısında olmaq istəmədiyini deyib. 

Bloger qız xəstəliyini gizlətmirdi. O, istifadəçiləri də öz problemləri barədə susmamağa, əksinə, onları həll etməyə çağırırdı.