Repçi klip çəkilişi zamanı ölümdən döndü

07:00 21-12-2020 405

Türkiyəli repçi Kərəm Gülsoy klip çəkilişi zamanı bədbəxt hadisə ilə üzləşib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, partlayış kadrı lentə alınarkən yanğın baş verib.

Repçinin sözlərinə görə, əgər əynində qalın paltarlar olmasaydı, daha böyük faciə ilə üzləşə bilərdi.

Başından yanıq xəsarətləri alan Kərəm Gülsoy hadisə zamanı yanında heç kimin olmadığını qeyd edib.