“Dünya gözəli” müsabiqəsinin keçmiş qalibini avtobus vurdu - FOTO

02:40 25-12-2020 453

“Dünya gözəli” müsabiqəsinin ilk argentinalı qalibi Norma Kappalyini avtobus vurub. Qadın komaya düşdükdən bir neçə gün sonra ölüb.

“La Nacion” qəzetinin məlumatına görə, 81 yaşlı qadın mağazaya gedərkən qəzaya düşüb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, beş gün sonra dünya ilə vidalaşıb.

Qeyd edək ki, Norma Qleydis Kappalyi 1960-cı ildə 21 yaşında olarkən “Dünya gözəli” müsabiqəsinin qalibi olub.