İstanbulda qaradamını oğurladılar - VİDEO

02:40 20-01-2021 437

İstanbulda qeyri-adi bir oğurluq hadisəsi baş verib.

“Haber Global” məlumat verir ki, şəhərin Qartal məhəlləsində qaradamı oğurlanıb.

Dünən axşam Ağbaş ailəsi beş yaşlı qızları ilə birlikdə həyətdə oynayarkən qaradamı düzəldiblər. Səhər açıldıqda fiqurun yerində olmadığını görən ailə üzvləri məyus olublar. Baş verənləri öyrənmək üçün həyətdə quraşdırdıqları təhlükəsizlik kameralarına baxdıqda isə gördüklərindən heyrətə gəliblər. Belə ki, bir kişinin qaradamını necə oğurlaması kameranın obyektivindən yayınmayıb.