Xaçmazda bir nəfər dənizdə batdı
00:45 01-08-2019 1305
Xaçmazda bir nəfər gənc dənizdə batıb.
HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Niyazoba kəndində baş verib.
Axşam saatlarında dostları ilə dənizə gedən Xaçmaz sakini Pənah Bəhramoğlu dənizdə batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.
Axtarışlar davam etdirilir.
Tehran Orucoğlu