ABŞ İranın XİN başçısına qarşı sanksiyalar tətbiq etdi

04:36 01-08-2019 585

ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib.

TASS xəbər verir ki, bu barədə Ağ Ev administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində deyib.

“Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehrannın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur”, - deyə, administrasiya nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ diplomatik imkanları əldə saxlamaq istəyir, lakin “səbr artıq tükənib”.