Ölüm vadisində Amerika qırıcısı qəzaya uğradı: 7 nəfər yaralandı

07:18 01-08-2019 502

ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniyadakı “China Lake” bazasının yaxınlığında F/A-18E qırıcısı qəzaya uğrayıb.

CNN telekanalı xəbər verir ki, qəza nəticəsində “Ölüm vadisi” Milli parkının 7 ziyarətçisi xəsarətlər alıblar.

Məlumata görə, təyyarə “Ulduz müharibələri” kanyonunda qəzaya uğrayıb. Bu yer aviasiya həvəskarları arasında populyar sayılır. Onlar buraya hərbi aviasiyanın təlim uçuşlarını seyr etmək üçün toplaşır.

Çoxşahəli hücum qırıcıları avia alayının nümayəndəsi Lidiya Bokk bildirib ki, pilotun vəziyyəti haqqında məlumat yoxdu. Axtarış və xilasetmə işləri davam edir.