Koronavirusa yoluxan Hakan Çalhanoğlu: “İlk günlər bir az çətin keçdi”

03:40 24-01-2021 372

Koronavirusa yoluxan “Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu səhhəti ilə bağlı danışıb.

Bu barədə “Spor Arena” yazıb.

“Əvvəla hər kəsə xoş arzuları üçün təşəkkür edirəm. İlk günlər bir az çətin keçdi, ancaq hazırda daha yaxşıyam və təcrid dövrünün tamamlanmasını gözləyirəm”, - deyə H.Çalhanoğlu bildirib.