Kunq-fu fəndi ilə küçə itlərini dəf etdi - VİDEO

06:20 24-01-2021 396

Üstünə hücum çəkən küçə itlərini qorxudan kişi barədə video sosial şəbəkələrdə böyük maraq toplayıb.

REN TV-nin məlumatına görə, hadisə Vyetnamda baş verib.

Kadrlarda yerli sakinin skuterini park etdikdən sonra itlərin hücumuna məruz qaldığı görünür. Lakin kişi özünü itirmir və kunq-fu fəndini göstərir.

Onun döyüş sənətinə sahib olub-olmaması məlum deyil, ancaq kişinin bu duruşunun itlərdə qorxu yaratdığı aydın görünür.