Dueyn Consonun paylaşımı az müddətdə milyonlarla “bəyənmə” topladı - FOTO

06:40 29-01-2021 466

Kamera qarşısında qızının saçlarını darayan Hollivud ulduzu Dueyn Conson bu paylaşımı ilə 7,7 milyondan artıq “bəyənmə” toplayıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Məşhur aktyor kadrları özünün “Instagram” hesabında yayımlayıb.

Fotolarda 48 yaşlı aktyor iki yaşlı qızı Tiana ilə birlikdə uşaq otağında görüntülənib. Paylaşıma şərh verən aktyor dolaşıqları ağrısız açmağın çox məsuliyyətli bir iş olduğunu bildirib:

“Keçəl ola bilərəm, amma saç haqqında bir-iki şey bilirəm. Ən azı ona görə ki, buna sahib olmaq istərdim”, - deyə o əlavə edib.

Pərəstişkarları aktyorun bu halını çox bəyəndiklərini bildiriblər:

“Ən yaxşı ata!”, “Necə də füsunkar mənzərədir”, “Qaya”nın edə bilmədiyi nəsə var? O hər şeyi bacarır!”, “Qaya”nın yumşaq ürəyi var”, “Uşağın üzündə ölçüyəgəlməz dərəcədə bir məmnunluq ifadəsi var”, - deyə yazıblar.