İnauqurasiyada geyimi ilə diqqət çəkən Harrisin ögey qızına modellik təklif olundu - FOTO/VİDEO

03:40 30-01-2021 477

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin inauqurasiya mərasimində geyimi ilə diqqət çəkən ögey qızına modellik təklif olunub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

21 yaşlı Ella Emhoff Dum Emhoff və onun birinci xanımı Kerstinin qızıdır. O, artıq “IMG Models”lə müqavilə bağlayıb.

Bildirilir ki, gənc qız andiçmə mərasimində təkcə geyimi ilə deyil, davranışı ilə də maraq toplamışdı. Onun Mayk Pensə baxarkən qaşlarını oynatması internetdə virus kimi yayılıb.

Ella Emhoff bundan sonra Cici Hadid, Keyt Moss və Jizel Bundhen kimi modellərlə bir sırada olacaq.