Türkiyəli məşhur aktrisa pərəstişkarlarını qorxutdu

02:00 01-02-2021 395

Türkiyəli aktrisa Fərah Zeynəb Abdullah dağınıq skleroz xəstəliyinin başlaması şübhəsiylə müayinələrdən keçdiyini açıqlayıb.

“Boyun protruziyasından başqa, tiroidimdə də bir problem var. Həkimlər nəzarət zamanı dağınıq sklerozdan şübhələniblər", - deyən aktrisa məsələnin dəqiqləşdirilməsi üçün onurğa iliyindən iki dəfə nümunə götürüldüyünü də bildirib.

“Birincisi lokal anesteziya idi. Bir həftə sonra isə prosedur ümumi anesteziya ilə icra olundu. Baş verənlər mənə rol aldığım “Çempion” filmini xatırlatdı”, - deyə o əlavə edib.

Qeyd edək ki, analizlərin nəticələrinə görə, Fərah Zeynəb Abdullahda dağınıq skleroz xəstəliyinin olmadığı təsdiqlənib.