“Sumqayıt” pakistanlıları darmadağın etdi

15:27 01-08-2019 509

“Sumqayıt” FK-nın 2004-2005-ci il təvəllüdlü futbolçuları ilə pakistanlı həmyaşıdları arasında dostluq oyunu keçirilib.

HerGun.Az xəbər verir ki, qarşılaşma “Sumqayıt” FK-nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın qollarını Namiq Məmmədzadə, Ruslan Əliyev, Rəhman Məmmədov, Fərid Abbasov və Rəvan Əsgərzadə rəqib qapısından keçirib.

Səbuhi Musayev