Madonnanın model qızının bədən quruluşu müzakirələrə səbəb oldu - FOTO

07:00 02-02-2021 421

Amerikalı tanınmış pop ifaçısı Madonnanın qızı, model Leon Lurdes çimərlik geyimində paparazilərin obyektivinə tuş gəlib.

“Daily Mail” nəşrinin verdiyi məlumata görə, gənc xanımın sosial şəbəkələrdə yayılan fotoları müzakirələrə səbəb olub. İstifadəçilər Lurdesin bədən quruluşu haqqında müxtəlif fikirlər bildiriblər. Bir çoxları onu anasına bənzədib.

Fotolar 24 yaşlı modelin Meksika çimərliyində dostu Conatan Pulia ilə birlikdə istirahəti zamanı çəkilib.