Hollivud ulduzu yeni fotoları ilə pərəstişkarlarını heyran qoydu - FOTO

07:40 02-02-2021 438

Döyüş filmlərinin ulduzu, Hollivudun məşhur aktrisası Mila Yovoviç “Vogue Arabia” jurnalı üçün qlamur çəkilişlərdə iştirak edib.

Bu barədə “Star News” fotolar təqdim edib.

Bildirilir ki, mavi lələkli geyimdə olan aktrisanın görünüşü sosial şəbəkə istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Pərəstişkarları ondan solmayan gözəlliyinin sirrini soruşublar, digərləri isə aktrisanı həm gözəl ana, həm də daim parıldayan ulduz adlandıraraq, ona heyranlıqlarını bildiriblər.