Britni Spirs açıq-saçıq geyimdə rəqsini şərh etdi - VİDEO

01:00 03-02-2021 452

Amerikalı pop ifaçı Britni Spirs açıq-saçıq geyimdə rəqsini şərh edib.

“Daily Mail” nəşri məlumat verir ki, 39 yaşlı ulduz öz xarici görünüşündə qəribə heç nəyin olmadığını bildirib.

“Mən bu videoları əyləncə xatirinə çəkib paylaşıram. Mənim görkəmimdə qəribə heç nə yoxdur. Evdə də jurnal üzlüyündəki kimi görünməli deyiləm”, - deyə ifaçı qeyd edib.

Qeyd edək ki, artıq xeyli müddətdir Spirs mütəmadi olaraq belə videolar çəkib paylaşır. Onun kadrlardakı qəribə hərəkətləri bir çoxlarını təəccübləndirir.