Model açıq-saçıq geyiminə görə təyyarəyə buraxılmadı - VİDEO

14:00 03-02-2021 477

Avstraliyalı model İzabel Eleanor açıq-saçıq geyiminə görə təyyarəyə buraxılmayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, Qold-Kost şəhərindən Melburna yollanmaq istəyən turist çox qısa topda olub. Təyyarənin heyət üzvləri onu bu geyimdə laynerə buraxmaqdan imtina ediblər və o, məcburiyyət qarşısında xilasetmə jileti geyinib.

Model başına gələnlər barədə sosial şəbəkədə paylaşım edib.

Turistin sözlərinə görə, “Jetstar” aviaşirkətin əməkdaşları ona qarşı “möhtəşəm tamaşa” quraraq digər sərnişinlərin qarşısında alçaldıblar.

Model geyiminə görə təyyarəyə buraxılmamağını azadlığın pozulması adlandırıb. Onun fikrincə, cəmiyyətin başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur.

“Jetstar” aviaşirkəti baş verənlərlə əlaqədar artıq münasibət bildirib. Şirkət nümayəndələri modellə əlaqə saxlayaraq, ondan baş verənlərə görə üzr istəyiblər.