Səhhəti pisləşdiyi üçün serialdan ayrılan məşhur aktrisa: “İki addım atan kimi yoruluram” - FOTO

23:20 03-02-2021 461

Səhhəti pisləşdiyindən “Sefirin kızı” serialından ayrılan Neslihan Atagül Doğulu əri Qədir Doğulu ilə axşam gəzintisi zamanı kameralara tuş gəlib.

“Milliyet” xəbər verir ki, 28 yaşlı aktrisa narahatlığına görə günlərlə evdən çıxmayıb.

“Gördüyünüz kimi daha yaxşıyam, amma iki addım atan kimi yoruluram”, - deyən Atagül beş kilo arıqladığını qeyd edib.

O, serialı tərk etdikdən sonra yerinə Tuba Büyüküstünün heyətə qatılmağına münasibət bildirməyib.

“Xeyirli olsun, dostlar, bir şey deməyəcəm. Diqqətiniz üçün təşəkkürlər”, - deyə aktrisa ərinin köməyi ilə avtomobilinə minərək uzaqlaşıb.

Xatırladaq ki, bağırsaq problemləri səbəbindən səhhəti pisləşən Atagül serialdan ayrılaraq müalicəyə başlayıb.