“Tesla” 135 min avtomobili geri çağıracaq

09:00 04-02-2021 478

“Tesla” şirkəti 135 minə yaxın avtomobilini geri çağıracaq.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, elektromobilin “Model S” və “Model X” modellərində sensor ekran problemi yaranıb. Bu isə əsasən özünü arxa görünüş kameralarında göstərib.

Bundan başqa, əlverişsiz hava şəraitində maşının istiliyinin qoşulmasında və ön şüşənin donunun açılmasında (hansı ki, görünüşdə məhdudiyyət yaradırdı) problemlər olub.