Fahriyye Evcen ekranlara qayıdır

00:00 05-02-2021 401

Uzun zamandır sənətindən uzaq düşən məşhur türkiyəli aktrisa Fahriyye Evcen ekranlara qayıdır.

“Haber Global” məlumat verir ki, keçən ilin yayından 10 serialdan təklif alan aktrisa nəhayət ki, bir layihənin təklifini dəyərləndirib.

Layihənin nədən ibarət olduğunu açıqlamayan Evcen hər çəkilişə 130 min Türkiyə lirəsi (30 862 AZN) alacaq.

Xatırladaq ki, Evcen 2017- ci ildə aktyor Burak Özçivitlə ailə qurub. Onların bu nikahdan 2019-cu ildə Karan adlı oğlu dünyaya gəlib.

Evcen oğluna vaxt ayırmaq üçün həmin vaxtdan sənətdən uzaqlaşıb.