Rep ifaçısı 24 milyon dollarlıq brilyant implant elədi - VİDEO

07:20 05-02-2021 453

Amerikalı rep ifaçısı Lil Uzi Vert alnına 24 milyon dollarlıq çəhrayı brilyant implant etdirib.

Bu barədə “Esquire” xəbər yayıb.

“Gözəllik ağrıdır”, - deyə musiqiçi “Instagram” hesabında yazıb.

O, bu qiymətli daş üçün 2017-ci ildən bəri pul yığdığını deyib.

Sosial şəbəkələrdə Lil Uzi Vertin ekstravaqant hərəkəti birmənalı qarşılanmayıb: bəzi pərəstişkarları rep ifaçısının bəzəyi və cəsarətindən məmnun qalsa da, bəziləri bunu dəlilik sayıb.

Musiqiçinin yeni obrazı, yapon anime serialının qəhrəmanları, pokemonlar və alnında büllur olan Marvel kainat Vision qəhrəmanı ilə müqayisə edilib.