Türkiyə gözəli fotosessiya üçün terrorçulardan azad olunan dağlara çıxdı - FOTO

02:00 06-02-2021 403

Türkiyənin Tunceli vilayətində bir zamanlar terrorçuların məskunlaşdığı Munzur dağları peşəkar fotoqraflar və modellər tərəfindən təbii studiya kimi istifadə eilməyə başlayıb.

Sondakika.com məlumat verir ki, “The Miss Globe” gözəllik yarışında Türkiyəni təmsil edən Duyğu Çakmak da bəyaz qar içində fotolar çəkdirib.

“1,5 metrə yaxın qar var. Təhlükəli olmasına baxmayaraq, belə bir mənzərə alınacağına inandıq. İnsanlarda bölgəyə qarşı stereotip var. Bunları qıra bilmək üçün belə bir təşəbbüsə başladıq”, - deyə Çakmak bildirib.