Hacıqabulda kürəkən qayınatası və qaynını bıçaqladı

22:20 09-02-2021 468

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Abdulabad kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Musa Novruzəli oğlu Hüseynov və oğlu, 1996-cı il təvəllüdlü Gündüz Musa oğlu Hüseynovla kürəkənləri arasında münaqişə olub.

Münaqişə zamanı kürəkən üzərində gəzdirdiyi bıçaqla M.Hüseynovun çənəsinə, G.Hüseynovun isə başına xəsarət yetirib.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və hər ikisi Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.