Pitt və Colinin qızı ata soyadından qurtulmaq istəyir – FOTO

02:20 11-02-2021 399

Ulduz cültük Bred Pitt və Ancelina Colinin 14 yaşlı qızları Şaylo ata soyadından qurtulmaq istəyir.

“The Mirror” nəşrinin məlumatına görə, yeniyetmə “Instagram” sosial şəbəkəsindəki qapalı hesabından ata soyadını silib.

Yayılan xəbərlərə görə, bu, 57 yaşlı Bred Pittin boşanma prosesində ən sevimli övladından məhrum olacağına işarədir.

Qeyd edək ki, hazırda aktyor cütlüyün altı övladının hamısı anaları ilə birlikdə yaşayır. Pittin malikanəsi də yaxında yerləşdiyindən uşaqlar istədikləri vaxt ataları ilə görüşə bilirlər.